• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Döyülən hakim karyerasını başa vurdu

İDMAN

12 Dekabr 2023 | 12:18

Döyülən hakim karyerasını başa vurdu

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını başa vurub.

Bakıvaxtı.az “aspor.com.tr”yə istinadən xəbər verir ki, bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.

Onun “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığı bildirilir. Türkiyə Superliqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR