• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt  DƏQİQLƏŞDİ

İDMAN

12 Dekabr 2023 | 12:40

Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt DƏQİQLƏŞDİ

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

Bakıvaxtı.az xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Koroğlu metrostansiyasından Xankəndiyə yola düşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026