• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Real" tarixində bir ilk! - Ardaya görə baş həkimi qovdular

İDMAN

13 Noyabr 2023 | 15:47 | Müəllif: Subhan Mahmudov

"Real" tarixində bir ilk! - Ardaya görə baş həkimi qovdular

İspaniya nəhəngi "Real Madrid"də başda Arda Güler ​​olmaqla bir çox futbolçunun zədələrinin təkrarlanmasından sonra klubun baş həkimi Niko Mihiç işdən çıxarılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, Madrid "Real"ına transfer olunduğu gündən zədələri ilə mübarizə aparan Güler ​​həkimlər qrupunun rəhbəri Niko Mihiçin işdən çıxarılmasına səbəb olub.

Bildirilib ki, gənc futbolçunun ilk zədəsində əməliyyatla bağlı həkim Layes arasında fikir ayrılığı yaranıb.

Mihiçin fikirlərinin Arda Gülərin əməliyyat olunmamasının lehinə olduğu bildirilib.

Həmçinin 2017-ci ildən "Real Madrid"də çalışan Mihiçin ötən mövsüm Benzema, Alaba və Ceballosun zədələrinin təkrarlanmasına təsiri olduğu qeyd olunur./baku.ws


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026