Fransa prezidenti Emmanuel Makron Fransız əsgərləri "Böyük Saharada İslam Dövləti" liderini öldürdüklərini deyib.
Bakıvaxtı.az xəbər verir ki, təşkilat İŞİD -ın bir qolu hesab olunur.
"Böyük Sahara İslam dövləri" terror qruplaşmasının lideri Adnan Əbu Vəlid əl-Sahraui Fransa əsgərləri tərəfindən zərərsizləşdirildi. Bu, Saheldəki terror qrupları ilə mübarizəmizdəki daha bir böyük uğurdur ",- deyən Makron terrorla mübarizəni davam etdirəcəyini vəd edərək "Twitter"də paylaşım edib.
Fransa Silahlı Qüvvələrinin rəhbəri Florans Parli təşkilat liderinin "Barxan" əməliyyatı nəticəsində hərbçilər tərəfindən öldürüldüyünü bildirib. Terror quruluşunun liderinin axtarışında və ortadan qaldırılmasında iştirak edənləri təbrik etdi.
Qeyd edək ki, Fransa 2014-cü ildən "Barxan" əməliyyatını keçirir. Məqsədi Mali, Burkina-Faso, Mavritaniya, Niger və Çaddakı terrorçularla mübarizə aparmaqdır. Bu əməliyyata 5 mindən çox adam cəlb olunub.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















