• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir - Əmrullayev

CƏMİYYƏT

11 Sentyabr 2023 | 12:04

Maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir - Əmrullayev

Azərbaycan dili fənni ilə bağlı kifayət qədər ciddi problemlərimiz var.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, dil fənninin tədrisi ondan ibarətdir ki, şagird oxuduğunu, yazdığını anlamalıdır.

“Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir. Azərbaycan dövlətinin təhsil müəssisəni bitirən gəncin Azərbaycan dilində danışa bilməməsi utancvericidir", - deyə nazir bildirib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026