• Bakı C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Mehdiyevin gəlininin bankı ötən ili zərərlə başa vurub

CƏMİYYƏT

15 Yanvar 2026 | 18:16

Mehdiyevin gəlininin bankı ötən ili zərərlə başa vurub

Bank “BTB” ASC 2025-ci ili zərərlə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bankın ötən il zərəri 404 min manat təşkil edib.

Bank “BTB” bank 2024-cü ili 839 min manat zərərlə başa vurmuş, həmin ilin ikinci rübündə isə 226 min manat mənfəət əldə etmişdi.

Qeyd edək ki, bankın kapitalı 2025-ci birinci yarımilində ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata düşmüşü.

Bank 2025-ci ilin dördüncü rübü üzrə dərc etdiyi mənfəət və zərər haqqında hesabatında cəmi kapitalının və depozit portfelinin həcmini açıqlamayıb.

Xatırladaq ki, "Bank BTB"nin üç əsas səhmdarı var. Əsas payçı Nigar İsmayıl qızı Mehdiyevadır. O, bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malik olmaqla nizamnamə kapitalının 76,7376%-nə sahibdir.

12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq İsmayıl oğlu Rzanın bankın nizamnamə kapitalında payı 17,6823%, 3 987 ədəd səhmə sahib Tükazban Mahmudovanın payı isə 5,5801% təşkil edir./Teleqraf


SON XƏBƏRLƏR