• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Məktəblilər arasında DAVA: Ölən var - YENİLƏNİB

CƏMİYYƏT

07 May 2024 | 13:03

Məktəblilər arasında DAVA: Ölən var - YENİLƏNİB

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin 10-cu sinif şagirdi 6 may 2024-cü il tarixində vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.

    "Şagirdimizin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - açıqlamada bildirilib.

    ***

    11:21

    Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

      ***

      10:17

      Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.

      Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

      Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

        Faktla bağlı araşdırma aparılır.


        SON XƏBƏRLƏR

        18 May 2024