• Bakı 15° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Mərkəzi Bankın qərarı  iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

Gündəm

03 Fevral 2023 | 16:50

Mərkəzi Bankın qərarı  iqtisadiyyata necə təsir edəcək? - AÇIQLAMA

“Azərbaycan Mərkəzi Bankının uçot dərcəsinin artırması ilə bağlı qərarı iqtisadi vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxaracaq”.

Bunu Bakıvaxtı.az-a iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov bildirib.

“Əgər Mərkəzi Bank bu qərarı inflyasiya ilə mübarizə tədbirləri çəçivəsində nəzərdə tutubsa, pul kütləsi ilə bağlı problem yoxdur ki, pul kütləsinin sıxılması vasitəsilə inflyasiya ilə mübarizə dayanıqlı şəkildə aparıla bilsin. Əksinə bu qərar pul kütləsinin daralmasına, investisiyaların azalmasına səbəb olacaq qərar kimi dəyərləndirilə bilər. Bu da istehsalın lokallaşdırılması, idxalın əvəz olunması kimi istiqamətlərə zərər vuracaq”, - deyə E.Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanın kommerisiya bankları uçot dərəcəsinin dəyişməsinə gözlənilən reaksiyanı vermir: “Çünki Mərkəzi Bankdan əldə olunan resurslar kommersiya bankarının öhdəliklərində o qədər də böyük paya malik deyil. Mərkəzi Bankın uçot dərəcəsi daha çox o dövlətlərdə təsir göstərə bilər ki, bankların öhdəlikləri Mərkəzi Bankın resurları ilə bağlı olsun.

Uçot dərəcəsinin artması qısa müddətli kreditlərə müəyyən təsirləri var.  Kommersiya banklarının faiz dərəcəsi Mərkəzi Bankın uçot dərəcəsinin artması ilə əlaqəsi az da olsa hiss olunacaq.  Kredit siyasətinin sərtləşdirilməsi yalnışdır. Bu isə iqtisadiyyatın real sektorun inkişafının dəriunləşməsinə mane olacaq”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

16 Aprel 2024