Cənubi Koreyalı məşhur aktrisa Park Soo Ryunun orqanları ehtiyacı olanlara bağışlanıb.
Bu barədə Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir.
Əldə olunan məlumata görə, aktirsa bir neçə gün əvvəl nərdivandan yıxılıb. Nəticədə beyin ölümü keçirib.
Lakin 29 yaşlı aktrisanın ürəyi və digər orqanları fəaliyyətini itirməyib. Çıxılmaz vəziyyətdə qalan valideynləri Park Soo Ryun orqanlarını ehtiyacı olan şəxslərə vermək qərarı alıblar.
Onların bu addımı sosial mediada maraqla qarşılanıb.
Xəyalə Rza




















