• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Hər qurumun öz trolları var"- Nuradan SƏRT AÇIQLAMA

MƏDƏNİYYƏT

14 Iyul 2023 | 12:00

"Hər qurumun öz trolları var"- Nuradan SƏRT AÇIQLAMA

"Mən dənizkənarı bulvarı tənqid etmişəm. Saytlar sağ olsunlar, yazıb paylaşıblar. Fake profillərdən girib həmin xəbərin altında yazılan şərhləri oxuyub dəhşətə gəlmək olar. Cəmiyyətimizin belə “tupoylar”dan ibarət olduğunu göstərməkdir məqsədiniz?"

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edərək bildirib.

Müğənni dünən müzakirələrə səbəb olan skuterlər və velosipedlər barədə yazdığı statusuna aydınlıq gətirib: "Pul ödədiyiniz insanlara heç olmasa, hazır mətn göndərin ki, yazdıqları şərh və statuslar səviyyəli görünsün. Hər qurumun öz trolları var. Dəfələrlə bu haqda danışmışam, yenə yazım, oxuyun (onsuz da başa düşən düşür, özünü gic yerinə qoyanlara isə pul ödəyirlər hər ay). Cəmiyyətdə fikir formalaşdırmaq, fikir yayındırmaq və yaxud başqa yerə yönəltmək üçün şərh və statuslar yazan insanlara aylıq maaş ödənilir".

N.Suri deyib ki, cəmiyyətimizdə yetərincə ağlı başında, savadlı insanlar var, onları təbliğ edin. Dövlətini, millətini sevən kəs öz millətini belə qanmaz, ağılsız kimi göstərməz: “Bu trollara kim ödəyir bu pulu, nə məqsədlə millətimizi belə qələmə verir bir araşdırın. Trolların vasitəsi ilə mədəniyyətimizin üzvlərini gözdən saldınız, yetmədi? Yazıçı qalmadı, müğənni, aktyor, alim qalmadı gözdən salmayasız. Hamı hər şeyi görür, bilir, öz aralarında da müzakirə edir. Bəziləri də mənim kimi sosial şəbəkələrdə yazır. Ağlımız başımızdadır, "tupoy" da deyilik",-deyə Nura qeyd edib.

Onun bu paylaşımını və açıqsözlülüyünü izləyiciləri maraqla qarşılayıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026