• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Məşhur müğənni vəfat etdi - FOTO

MƏDƏNİYYƏT-ŞOU

01 Dekabr 2022 | 16:36

Məşhur müğənni vəfat etdi - FOTO

Dünyaca məşhur “Fleetwood Mac” rok qrupunun müğənnisi və bəstəkarı Kristin Makvi 79 yaşında vəfat edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, "Little Lies", "!Everywhere!", "Don't Stop", "Say You Love Me" mahnılarının bəstəkarı Makvi xəstəxanada dünyasını dəyişib.

Musiqiçinin ailəsi, "Facebook"da verdiyi açıqlamada kədərlərini ifadə edərək "Biz McVie-nin dünyada sevilən və hörmət edilən bir musiqiçi kimi xatırlanmasını istəyirik" deyib.

McVie 1971-ci ildə dövrün ən tanınmış rok qruplarından biri olan Fleetwood Mac-a qoşulub. 1998-ci ildə qrupdan ayrıldığını elan edən McVie 2014-cü ildə yenidən qrupa qayıdıb.

Qeyd edək ki, 1967-ci ildə Londonda yaradılan Fleetwood Mac rok qrupu 1970-80-ci illərin ən uğurlu qruplarından birinə çevrildi və dünyada 100 milyon nüsxədən çox satıb.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024