Dövlət Neft Şirkətinin (SOCAR) mühüm struktur vahidlərindən biri olan “Azəriqaz” İstehsalat Birliyi (İB) məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, restoran fəaliyyəti göstərən “Neşve Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsində “Azəriqaz”a qarşı iddia qaldırıb.
Kommersiya mübahisəsi hakim Aytən Əliyevanın sədrliyilə araşdırılacaq.
Qeyd edək ki, işin mahiyyəti açıqlanmayıb.
Hələ məhkəmənin hazırlıq iclası təyin olunmayıb.
İbRa
















