• Bakı 21° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Meyxanaçı uşaq bağçasında: Uşaqlar bayağı musiqi ilə tərbiyə olunur - FOTOLAR  

CƏMİYYƏT

15 Dekabr 2021 | 12:31

Meyxanaçı uşaq bağçasında: Uşaqlar bayağı musiqi ilə tərbiyə olunur - FOTOLAR  

Uşaq bağçasında uşaqlar bayağı musiqi ilə tərbiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.  

“Nuray” özəl uşaq bağçasında meyxanaçı Rüfət Nasosnunun “Bağışla” mahnısı səsləndirilib. Bu zaman bağçaya ifaçının özü daxil olub. Meyxanaçı uşaqlarla söhbət edib, xatirə şəkli çəkdirib. Həmin görüntüləri sözügedən bağça sosial şəbəkə səhifəsində paylaşıb.

Qeyd edək ki, uşaqların tərbiyəsində musiqinin rolu danılmazdır. Söhbət mədəni təfəkkürün formalaşmasından gedir. Müəllimlər musiqinin gücü ilə uşaqlarda vətənpərvərlik hisslərini artırmalı, onlarda xeyirxah duyğuları tərbiyə etməlidir. Musiqi dərsləri yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafına təsir göstərir, onlarda Vətənə, ictimai - faydalı əməyə və təlimə məhəbbət hissi tərbiyə edir.

Ramid İbrahimov  


SON XƏBƏRLƏR

05 Iyun 2025