ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti olan Alphabet gəlirləri barədə açıqlama yayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, 30 sentyabr 2023-cü ildə başa çatan 3 aylıq dövrü 2024-cü maliyyə ilinin birinci rübü hesab edən Microsoft, balans hesabatını açıqlayıb.
Müvafiq olaraq, şirkətin gəlirləri bu dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 13 artaraq 56,5 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 50,1 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti eyni dövrdə yüzdə 27 artaraq 22,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 17,6 milyard dollar olub.
Microsoft-un keçən ilin iyul-sentyabr dövründə 2,35 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti bu il 2,99 dollar olaraq qeydə alınıb.
Verilən məlumata görə, Alphabet-in gəliri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 11 artaraq 76,7 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin üçüncü rübündə gəliri 69,1 milyard dollar olub. Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 19,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,9 milyard dollar xalis mənfəət əldə edib. Ötən ilin iyul-sentyabr dövründə 1,06 dollar olan Alphabetin səhm başına qazancı bu ilin eyni dövründə 1,55 dollara yüksəlib.
Şirkət nümayəndələri qeyd edib ki, davamlı maliyyə dəyərini təmin etmək üçün müəyyən kapitalın ayrılmasını diqqət mərkəzində saxlayırlar.
Xəyalə Rza















