• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənilərdən növbəti TƏXRİBAT: Bu rayonlar...

HADİSƏ

13 Mart 2022 | 09:51

Ermənilərdən növbəti TƏXRİBAT: Bu rayonlar...

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026