Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şollar kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Osmanov Telman Qaraxan oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evinin 60 kvadratmetr hissəsi yanıb.
Hadisənin təfərrüatları araşdırılır.
















