• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azərişıq” əməkdaşı iş vaxtı ağır xəsarət aldı

HADİSƏ

12 May 2022 | 00:14 | Müəllif: Qalib İbrahimoğlu

“Azərişıq” əməkdaşı iş vaxtı ağır xəsarət aldı

Qaxda “Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, hadisə Qax rayonunun Qapıcay kəndində baş verib.

Qax şəhər sakini 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman, ehtiyatsızlıqdan yıxılıb.

Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanada ilkin yardım göstərildikdən sonra Vasif Kərimov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026