• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Daşkəsəndə güclü leysan - körpülər dağıldı

HADİSƏ

10 Iyun 2022 | 21:34

Daşkəsəndə güclü leysan - körpülər dağıldı

Daşkəsənə dolu düşüb.

Bakıvaxtı.az xəbər verir ki, saat 19 radələrində rayonu ərazisində dolu ilə yanaşı güclü leysan yağışı yağıb.

Rayonun Çanaqçı və Alaxançallı kəndlərində köpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan dəyib.

Sel suyu Çanaqçı ilə digər kəndi birləşdirən körpünü tamamilə dağıdıb.

Alaxançallı kəndi ərazisində isə sel suyu bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb.

Bir neçə avtomobili çay aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026