• Bakı 11° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ağcabədi sakinində avtomat aşkar edildi

HADİSƏ

10 Iyul 2022 | 11:17

Ağcabədi sakinində avtomat aşkar edildi

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026