Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.
Qısaqapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.
Alovun qarşısını almaq getdikcə çətinləşir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.
*** 19:47
Şabran rayonunda meşə massivi yanır.
Bakıvaxtı.az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Ağalıq kəndində baş verib.
Belə ki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.
Meşə massivinə düşən yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğının miqyası getdikcə genişlənir. Artıq Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Avtomobillərin hərəkətı üçün ciddi təhlükə yaranıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai-iaşə obyektləri yanıb.
Meşə massivindən ətrafa yayılan yanğın yaxınlığda olan kənd üçün təhlükə yaratmaqda davam edir.
Faktla bağlı araşdırma aparılır.
















