• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Müller "Bavariya"nın tarixinə düşüb

İDMAN

20 Noyabr 2021 | 19:17 | Müəllif: Subhan Mahmudov

Müller "Bavariya"nın tarixinə düşüb

"Bavariya"nın "Auqsburq"a 1:2 hesabı ilə uduzduğu Almaniya Bundesliqasının XII tur matçı Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Bakıvaxtı.az xəbər verir ki, son ölkə çempionunun heyətində 600-cü oyununu keçirən 32 yaşlı hücumçu komandanın tarixinə düşüb.

Almaniya millisinin üzvü hazırda bu göstərici ilə sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.

Qeyd edək ki, "Bavariya" 28 xalla Bundesliqaya başçılıq edir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026