• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ronaldo keçmiş klubunu 63 milyona aldı

İDMAN

19 Dekabr 2021 | 16:12 | Müəllif: Subhan Mahmudov

Ronaldo keçmiş klubunu 63 milyona aldı

Məşhur braziliyalı futbolçu Ronaldo Nazario əvvəllər oynadığı "Kruzeyro" klubunun 90%-ni 63 milyon dollara alıb.

Bakıvaxtı.az xəbər verir ki, Ronaldo satınalma rəsmiləşdikdən sonra kluba 25 milyon dollar sərmayə qoyacağını vəd edib.

Bildirilib ki, 45 yaşlı futbolçunun ilk hədəfi "Kruzeyro"nu köhnə günlərinə qaytarmaqdır. İlk növbədə gənc və potensial oyunçulardan ibarət komanda qurmağı qarşısına məqsəd qoyan Ronaldo 20 dekabrdan etibarən işə başlayacaq.

Qeyd edək ki, bu, İspaniya "Valyadolid"indən sonra Ronaldonun sahib olduğu ikinci klubdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR