• Bakı 24° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Musa Qurbanlı: “Hələ də şokdayam”

İDMAN

17 Sentyabr 2023 | 18:09 | Müəllif: Subhan Mahmudov

Musa Qurbanlı: “Hələ də şokdayam”

"Həmin epizodda topu qapıdan keçirə bilmədiyim üçün şokdayam".

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin "Yurqorden" klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XXIII turunda "Varnamo" ilə keçirilən oyunun 58-ci dəqiqəsində boş qapını dəqiq nişan ala bilmədiyi epizodu dəyərləndirərkən deyib.

22 yaşlı hücumçu öz meydanlarında gerçəkləşən matçda 1:2 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Qol vura bilmədiyim epizodda top qapıdan necə oldu keçmədi, başa düşə bilmirəm. Amma futbolda belə hallar olur. Mübarizəni davam etdirməliyəm. Fikrimcə, bu qarşılaşmada qələbə qazanmalı idik. İkinci hissəni çox yaxşı keçirdik, qol imkanları yaratdıq. Mənim də bir neçə şansım oldu. Matçı çevirə bilərdik, təəssüf ki, alınmadı".

Forvard sentyabrın 24-də AİK-ə qarşı keçirəcəkləri növbəti tur matçına hazırlaşacaqlarını vurğulayıb: "Bizim üçün çətin axşam oldu. Lakin bunu unudub, AİK-lə derbini gözləyəcəyik. Çempionatda komandalar bir-birilərinə yaxındırlar. Mövsümün sonuna qədər mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, "Yurqorden" hazırda 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026