• Bakı 23° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Millimiz Lüksemburqu qəbul edəcək

İDMAN

17 Oktyabr 2023 | 09:40

Millimiz Lüksemburqu qəbul edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, F qrupunda yer alan yığma Lüksemburqla qarşılaşacaq.

Moldovalı Dumitri Munteanın idarə edəcəyi görüş “Azərsun Arena”da baş tutacaq. Qrupda keçirdiyi əvvəlki iki matçında məğlub olan Samir Əliyevin yetirmələri ilk xallarını qazanmağa çalışacaqlar.

Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
F qrupu, IV tur
17 oktyabr

18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean (Moldova).
Bakı. “Azərsun Arena”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026