• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

AVRO-2024-ün rəsmi topu təqdim olundu

İDMAN

15 Noyabr 2023 | 14:36 | Müəllif: Qalib İbrahimoğlu

AVRO-2024-ün rəsmi topu təqdim olundu

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub.

Bakıvaxtı.az UEFA-nın saytına istinadla xəbər verir ki, qitə çempionatının oyunları zamanı istifadə ediləcək top “Fussballliebe” adlanır.

Alman dilindən tərcümədə "Futbol sevgisi" mənasını verən top hərəkətin hər bir elementi ilə bağlı məlumat verən və hakimlərin qərarvermə prosesini asanlaşdıran “Connected Ball” texnologiyası ilə təchiz olunub. Top maksimum sürətli və dəqiq oyuna imkan verir.

“Fussballliebe”nin dizaynı topun hərəkətini və oyunun enerjisini əks etdirir. Qırmızı, mavi, yaşıl və narıncı rənglərin istifadəsi həm iştirakçı ölkələrin turnirə gətirdiyi canlılığı, həm də bütün dünyada azarkeşlərin böyük sevgisini qazanan futbolun sadəliyini göstərir.

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR