• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb - VİDEO

GÜNDƏM

08 Noyabr 2021 | 19:54 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb - VİDEO

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr ərazidə müxtəlif təlim-döyüş tapşırıqlarını icra ediblər. Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olunduğu bildirilib, döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qruplarının, təlimə cəlb olunmuş birləşmə komandirlərinin və qərargahların fəaliyyətləri qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026