• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

5 il əvvəl qəbul edilən Strateji Yol Xəritəsi niyə icra olunmadı? - AÇIQLAMA  

GÜNDƏM

07 Dekabr 2021 | 15:47

5 il əvvəl qəbul edilən Strateji Yol Xəritəsi niyə icra olunmadı? - AÇIQLAMA

Ötən gün dövlət başçısının imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın qəbulunun 5 ili tamam oldu.

Həmin Fərmanla 12 strateji yol xəritəsi təsdiq olunub. Lakin indiyədək onlardan yalnız 11-i elektron variantda dərc olunub. Bəzi xəritələrin elektron variantı sonradan hətta dəyişdirilib.

Hələ də dərc edilməmiş 12-ci strateji yol xəritəsi - “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nə elektron variantda, ya da kağız formatında dərc olunmayıb.

Xarici məsləhətçilərə milyonlarla vəsait xərclənmiş sözügedən xəritələr niyə icra olunmadı?

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a strateji yol xəritəsinin icra olunmasında obyektiv və subyektiv səbəbdən problemlər yaranıb.

 “Qanunvericiliyinin təkmilləşdirilməsi və qanunun aliliyinin təmin edilməsi strateji yol xəritəsində əsas istiqamətlərindən biri kimi göstərilib. Amma bu istiqamətdə atılan addımları hələ də müşahidə etmirik”, - deyə X.Kərimli bildirib.

Ekspert qeyd edib ki, strateji yol xəritələrinə yenidən baxılmalıdır: “Strateji yol xəritəsi ideya olaraq çox yaxşı sənəd olsa da, nəzərdə tutulan standartlara cavab versə də, ölkənin gələcəyini daha yaxşı təsəvvürlərin yaradılmasına imkan versə də, sonradan icrasında həm obyektiv, həm subyektiv səbəbdən bir çox problemlər yarandı. Hazırda düşünürəm ki, strateji yol xəritəsi ideyası aktual olsa da ancaq orada müəyyənləşdirilmiş hədəflərin, məqsədlərin bir çoxuna yenidən baxılmalıdır və tədbirlər planı yenidən planlaşdırılmalıdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR