• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Manat bu valyutaların qarşısında UCUZLAŞDI - AÇIQLAMA

GÜNDƏM

04 Yanvar 2022 | 15:06

Manat bu valyutaların qarşısında UCUZLAŞDI - AÇIQLAMA

2021-ci ilin 11 ayın nəticələrinə görə,  Azərbaycan manatının qeyri-neft xarici ticarət səbətinə əsaslanan nominal və real effektiv məzənnəsinin formalaşmasında 50%-lik pay 3 ölkənin valyutasına aiddir. Həmin valyutalar rus rublu, türk lirəsi və Çin yuanı.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi statistikanın məlumatına görə, ötən il Azərbaycanın qeyri-neft xarici ticarətinin (qeyri-neft ixracı+idxal) tam yarısı bu 3 ölkənin payına düşüb.

İqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, Rusiya, Türkiyə və Çini nəzərə almasaq, Azərbaycanın qeyri-neft xarici ticarətində 1% və daha çox payı olan ölkələrin sayı 13-dür: Almaniya, Ukrayna, ABŞ, İtaliya, İran, İsveçrə, Britaniya, Gürcüstan, Yaponiya, Fransa, Braziliya, Cənubi Koreya və Belarus. Bu ölkələrin isə Azərbaycanın qeyri-neft xarici ticarətində ümumi xüsusi çəkisi 32% təşkil edir.  Yəni manatın qeyri-neft effektiv məzənnələrinin formalaşmasında 32% pay da 13 valyutaya məxsusdur.

“2021-ci ildə Azərbaycanın qeyri-neft xarici ticarətində ən yüksək paya (təxminən 82%) mailk 14 valyutaya münasibətdə manatın nominal məzənnəsi müxtəlif cür dəyişib.

Manatın məzənnəsinin ucuzlaşdığı valyutalar: gürcü larisi 6.7%, Ukrayna qrivnası 4%, Belarus rublu 1,6%, Çin yuanı 1,4%.

Manatın məzənnəsinin bahalandığı valyutalar: türk lirəsi 43%, yapon yeni 10,4%, Koreya vonu 8,3%, avro 8,1%, Braziliya realı 6,9%, İsveçrə frankı 4.1%, ingilis funtu 0,9%, rus rublu 0.4%.

Manartın nominal məzənnəsi 2 valyutaya  - ABŞ dolları və İran rialına münasibətdə isə sabit qalıb”, - deyə ekspert bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026