• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazirlik Musa Qasımlıya cavab verdi

CƏMİYYƏT

17 Mart 2023 | 20:07 | Müəllif: Subhan Mahmudov

Nazirlik Musa Qasımlıya cavab verdi

Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı Musa Qasımlının Yardımlı rayonu Solqard ibtidai məktəb barədə fikirlərinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“Təəssüf edirik ki, deputat Musa Qasımlı məktəb barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb. 

Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4- 5 şagird təhsil alıb. 

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb”.

Musa Qasımlı bu gün parlamentin iclasında bildirib ki, bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikilib, 2022-2023-cü ildə isə məktəb bağlandı.

"Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”, - deputat qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026