• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

CƏMİYYƏT

16 Oktyabr 2022 | 19:03 | Müəllif: Qalib İbrahimoğlu

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026