İranın Lorestan vilayətinin Durud şəhərində güclü yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin qərbində yerləşən neft emalı zavodunda başlayan yanğını hələlik söndürmək mümkün olmayıb.
Bildirilib ki, yanğının miqyası çox genişdir və onun söndürülməsi üçün ətraf şəhərlərdən 16 yanğınsöndürmə briqadası cəlb olunub.
















