• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Avropada bir ilk: Son skuter də yığışdırıldı

DÜNYA

01 Sentyabr 2023 | 14:26

Avropada bir ilk: Son skuter də yığışdırıldı

Fransanın paytaxtı Parisdə keçirilən referendum nəticəsində aprelin 2-də elektrikli skuterlərdən istifadə qadağan edilmiş, qərarın sentyabrın 1-dən qüvvəyə minəcəyi açıqlanmışdı.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Paris Bələdiyyəsinin skuter firmalarına sentyabrın əvvəlinə qədər vaxt verdikdən sonra şəhərdəki 15 min skuterdən sonuncusu da yığışdırılıb. Uzun müddət müzakirələrin hədəfi olan skuterlərin yığışdırılması ilə Paris skuterlərin qadağan edildiyi ilk Avropa paytaxtı olub.

Skuterlər ilk dəfə 2018-ci ildə Parisdə satışa çıxarılıb. Uzun müddətdir təhlükəsizlik səbəbiylə müzakirə edilən skuterlərdən istifadə ilə bağlı aprel ayında keçirilən referendumda Paris xalqı 89,03 faiz səslə elektrikli skuterlərdən istifadənin qadağan edilməsini tələb edib.

Paris əhalisinin cəmi 7,5 faizinin iştirak etdiyi referendum nəticəsində elektriklə işləyən skuterlərdən istifadə qadağan edilib. Referendumda təxminən 103 min 84 nəfər səs verib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026