• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Fransa Ermənistanda müdafiə missiyası açıb - Lekornu

DÜNYA

01 Oktyabr 2023 | 10:04 | Müəllif: Subhan Mahmudov

Fransa Ermənistanda müdafiə missiyası açıb - Lekornu

Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində qeyd edib.

“Prezident baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır”, - Lekornu deyib.

Nazir Fransanın Ermənistanda bugünədək mövcud olmayan müdafiə missiyası açdığını vurğulayıb:

“Biz orada bugünədək mövcud olmayan bir müdafiə missiyası açmışıq. Bu bizə Ermənistan ordusu, hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək. Hər halda biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026