İsraili çaşdıran və həftələrdir kütləvi etirazlara səbəb olan məhkəmə tənzimləməsinə reaksiyalar səngimək bilmir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun tənzimləməni gecikdirməsinə baxmayaraq, ötən gecə israillilər yenidən küçələrə çıxıb.
Etirazları təşkil edən qruplardan biri olan “çətir hərəkatı” ölkə daxilində 450 mindən çox insanın küçələrə çıxdığını açıqlayıb. Çətir hərəkatı Netanyahunun məhkəmə tənzimləməsini təxirə salmaq qərarına gəlib və etirazçıları yatırtrmaq cəhdi uğursuzluqla nəticələnib.
İsrail polisi etirazçıları dağıtmaq üçün süvarilərdən və su şırnaqlarından istifadə edib.
Nuranə
















