• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi

DÜNYA

02 May 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

İrəvan Bakıya uçuşla bağlı məlumat göndərdi

Ermənistan Azərbaycanı İrəvan-Qafan sınaq reysi barədə xəbərdar edib

Bakıvaxtı.az  bildirir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Aprelin 26-da saat 10:58-də İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafanın Sünik hava limanına enib. Uçuş üçün kiçik tutumlu (19 sərnişin üçün) Çexiya istehsalı olan L-410-UVP E20 təyyarəsi seçilib.

"Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsindən istifadə etməklə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb", - məlumatda deyilir.

Mülki Aviasiya Komitəsi təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR