• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada hərbi komissarlıq binası yandırıldı

DÜNYA

01 Iyun 2023 | 23:22 | Müəllif: Subhan Mahmudov

Rusiyada hərbi komissarlıq binası yandırıldı

Rusiyanın Ulyanovsk vilayətinin İnza şəhərində hərbi komissarlıq binasının yandırılmasına cəhd edilib.

Bakıvaxtı.az "Baza” Teleqram kanalına istinadən xəbər verir ki, 52 yaşlı qadın komissarlığa gələrək özü ilə gətirdiyi yandırıcı məhlulu foyeyə tökərək binanı yandırmağa cəhd göstərib.

Lakin obyekti mühafizə edən polis əməkdaşı onun bu cəhdinin qarşını alıb, alovun daha güclənməsinə imkan verməyib.

Qadın isə hadisəni törətdikdən sonra ərazidən qaçıb, lakin o, polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri bəlli deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026