• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Son bir ayda İranda 168 nəfər həbs edilib

DÜNYA

01 Iyul 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Son bir ayda İranda 168 nəfər həbs edilib

İran İnsan Haqları Təşkilatı iyun ayında həbs edilən vətəndaşların sayının əvvəlki ayla müqayisədə 57% artdığını açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, son bir ayda İranda 168 nəfər həbs edilib. Onlardan 77-nin kürd, 50-nin isə bəluc vətəndaşı olduğu bildirilib.

Qeyd edilib ki, dini azlıqların həbsləri əvvəlki aylarda olduğu kimi iyunda da davam edib. Son bir ayda ən azı beş dini fəal İran hakimiyyəti tərəfindən həbs edilib.

Statistikaya görə, son bir ayda İranda təhlükəsizlik orqanları tərəfindən azı 25 qadın həbs edilib ki, bu da məhbusların ümumi sayının 15%-nə bərabərdir.

Hesabatda ən azı dörd media fəalının həbs edildiyi bildirilib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026