• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Niftulla Əsgərov dəfn olundu - YENİLƏNİB 

CƏMİYYƏT

22 Yanvar 2024 | 14:10

Niftulla Əsgərov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Niftulla Əsgərov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, aktyor Lənkəranın Girdəni kənd qəbiristanlığına torpağa tapşırılıb.

Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən aktyor bu gün səhər saatlarında vəfat edib.

***

13:42

Respublikanın Əməkdar artisti Niftulla Əsgərovla Lənkəran Dövlət Dram Teatrında vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun tabutu son dəfə vidalaşmaq üçün teatrın səhnəsinə qaldırılıb.

Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, aktyorun ailə üzvləri, həmkarları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.lar.

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunması üçün doğulduğu Girdəni kəndinin qəbiristanlığına aparılıb.

***

10:15

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və s obrazlara səhnə həyatı verib.

Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!


Niftulla Əsgərov dəfn olundu - YENİLƏNİBNiftulla Əsgərov dəfn olundu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026