• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qırmızı çaxır bu xəstəliklərə səbəb olur

CƏMİYYƏT

21 Fevral 2024 | 13:33

Qırmızı çaxır bu xəstəliklərə səbəb olur

Qırmızı çaxır heç də çoxumuzun zənn etdiyi kimi zərəsiz deyil.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ- dakı Klivlend Klinikasından kardioloq Lesli Ço bu barədə yayılan fikirlərinin yanlış olduğunu bildirib.

Onun dediyinə görə, qırmızı çaxırın ehtimal edilən faydaları şişirdilib. Əslində bu içki xərçəng və ürək xəstəliyi riskinizi artıra bilər.

“Fransız paradoksu” kimi tanınan bir fenomen var ki, onun mahiyyəti , qırmızı şərab və yağlı qidaların müntəzəm istehlakı ilə fransız sakinlərində ürək xəstəliklərinin nisbətən az olmasıdır . Qırmızı çaxırın ürək və qan damarlarının sağlamlığını yaxşılaşdırdığına dair bir fikir var.

Kardioloq belə bir ifadənin düzgün olmadığını bildirib. O, qırmızı çaxırın faydalarına dair sübutların qeyri-müəyyən olduğunu vurğulayıb, çünki bu, yalnız müşahidə tədqiqatlarında sənədləşdirilir. Bu o deməkdir ki, onları apararkən elm adamları hadisələrin təbii gedişatına müdaxilə edə bilməzlər və əksər hallarda iştirakçılardan alınan məlumatlara əsaslanaraq nəticə çıxarırlar.

Çonun fikrincə, çaxırın digər spirt növləri ilə müqayisədə daha az zərərli olduğuna dair qəti sübut yoxdur.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024