• Bakı 18° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ötən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKA

CƏMİYYƏT

21 Fevral 2024 | 13:05

Ötən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKA

Şirvan şəhərində ötən il 1422 nəfəri it dişləyib. Onlardan 218-i uşaqdır.

Bu barədə Bakıvaxtı.az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bu ilin əvvəlindən də şəhərdə sahibsiz itlərin hücumuna məruz qalanların sayı artıb. Şirvanda 2024-cü ilin yanvarında 44, fevralında isə 36 it dişləməsi faktı qeydə alınıb. İt dişləyən 80 nəfərdən 27-i uşaqdır.

Sakinlərin sözlərinə görə, son illər şəhərdə sahibsiz küçə itlərinin sayı xeyli çoxalıb. Şəhərin küçə və parklarında, yaşayış binalarının qarşısında sürü halında gəzən itlər insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Hətta, günün günorta çağında insanlar sahibsiz itlərin hücumuna məruz qalırlar. Axşam saatlarında isə itlərin əlindən küçəyə çıxmaq mümkün olmur.

Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, sahibsiz itlərə qarşı mübarizə aparmaq məqsədi ilə itlər tutularaq şəhərdən kənara çıxarılır. Sığınacaq yerinin yaradılması barədə də planlar var.


Ötən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKAÖtən il Şirvanda 1422 nəfəri it dişləyib - STATİSTİKA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR