• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Musiqi dinləyərkən beyində NƏ BAŞ VERİR?

CƏMİYYƏT

21 Fevral 2024 | 12:33

Musiqi dinləyərkən beyində NƏ BAŞ VERİR?

Musiqi dinləyərkən beyində nə baş verdiyi məlum olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu San-Fransisko Kaliforniya Universitetinin alimləri aşkar ediblər.

Məlumata görə, musiqi dinləyərkən beyində daha sonra hansı notların çalınacağını “proqnozlaşdırmağa çalışan” xüsusi bir neyron növü aktivləşir.

Belə ki, tədqiqat eyni vaxtda epilepsiyadan müalicə alan səkkiz nəfəri əhatə edib. İştirakçılardan Qərb mahnılarından bir neçə parça dinləmək istənilib. Dinləyərkən tədqiqatçılar hər bir könüllünün eşitmə qabığındakı aktivliyi qeyd ediblər. Sonra tədqiqat təşkilatçıları ingilis dilində ifadələr toplusu olan başqa bir audio yazını işə saldılar.

Nəticələr göstərir ki, eyni neyronlar nitq və musiqidə səs tonunu qiymətləndirmək üçün istifadə olunur.

Bununla belə, musiqi dinləyərkən hansı notların səslənəcəyini “proqnozlaşdırmaq” üçün xüsusi not növündən istifadə olunur. Alimlərə görə, eşitmə qabığındakı bu neyronlar sonrakıları müəyyən etmək üçün əvvəllər öyrənilmiş melodik nümunələrdən istifadə edirlər.

Alimlərin fikrincə, onların araşdırmaları insanın musiqini qavraması anlayışını genişləndirir.

Bildirilib ki, musiqi insanın sosial, emosional və intellektual həyatını zənginləşdirməklə yanaşı, həm də geniş spektrli xəstəlikləri müalicə etmək potensialına malikdir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026