• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Obyektdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı - YENİLƏNİB

CƏMİYYƏT

11 Oktyabr 2023 | 17:58

Obyektdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı - YENİLƏNİB

Oğuzda fındıq qəbulu məntəqəsindən 10 mindən artıq pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10 808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun bir ay ərzində beş dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

12:34

Oğuzda obyektdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən 10808 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Qocayev saxlanılıb. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR