• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib - YENİLƏNİB

HADİSƏ

03 Fevral 2023 | 16:32

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib - YENİLƏNİB

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır. /APA

 

12:45

Bakıda ofisə basqın edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.M. Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi M.Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.


SON XƏBƏRLƏR

28 Mart 2024