• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Oğuza güclü dolu düşüb

CƏMİYYƏT

01 Iyun 2023 | 18:54 | Müəllif: Subhan Mahmudov

Oğuza güclü dolu düşüb

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..

Bakıvaxtı.az-ın məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026