• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu xəstəxananın sabiq direktorları barəsində cinayət işi açıldı

CƏMİYYƏT

01 Iyul 2023 | 15:06

Bu xəstəxananın sabiq direktorları barəsində cinayət işi açıldı

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı şöbə müdiri Asif Həsənov barəsində cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İş üzrə təqsirləndirilən şəxslər arasında xəstəxananın digər əməkdaşları Rəfail Quliyev və Mirqalim İbrahimov da var.

Onların hər biri Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin yaşları nəzərə alınaraq istintaq dövrü müddəti üçün barələrində həbsə alternativ qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Səidə Şahpələngova bir neçə il əvvəl də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt iş üzrə dəymiş ziyan tam ödənildiyinə görə ona həbs cəzası verilməyib. O, bir müddət sonra vəzifəsindən azad edilib. S.Şahpələngovadan əvvəl isə xəstəxananın direktoru Ələkbər Əkbərov olub. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026