• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib

CƏMİYYƏT

31 Iyul 2023 | 14:35 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib

İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

    Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

    Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026