• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

AMB-nin Naxçıvan idarəsinin rəhbəri vəzifəyə belə təyin ediləcək

CƏMİYYƏT

31 Iyul 2023 | 13:31

AMB-nin Naxçıvan idarəsinin rəhbəri vəzifəyə belə təyin ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR-dakı idarəsinin rəhbərini müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026