• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Limon qabığını atmayın- Faydaları görənləri şok etdi

CƏMİYYƏT

31 Iyul 2023 | 13:16

Limon qabığını atmayın- Faydaları görənləri şok etdi

Süfrələrdən əskik olmayan limon özünəməxsus turşuluğu ilə hər şeyə dad qatır. Yeməklərin və salatların əvəzolunmazı olan limonun özü deyil, qabığı da bir o qədər faydalıdır.

Bakıvaxtı.az xəbər verir ki, limonu atmaq əvəzinə onun qabığından müxtəlif işlər üçün istifadə etmək olar. Onun xüsusi dadı ilə yanaşı, sağlamlıq faydalarına görə çox vaxt üstünlük verilir. Çünki limonun özü və şirəsi, həmçinin qabığının faydaları çoxdur. Limon qabığında antioksidanlar, liflər, minerallar və vitaminlər var. C vitamini ilə son dərəcə zəngin olan limon qabığı immunitet sistemini gücləndirir.

Bildirilir ki, diş əti qanaması və iltihabına qarşı ən təsirli həll limon qabığını istehlak etməkdir. Limon qabığında həmçinin pektin, PMF və efir yağları kimi maddələr var. Bunlar qaraciyər yağını azaldır və xolesterol səviyyəsini tarazlaşdırır.

Hipertoniya və ürək xəstəlikləri riskini azaltmaq üçün limon qabığından istifadə etmək olar.

Limon qabığı ikinci beyin kimi tanınan bağırsaq sağlamlığını qorumağa kömək edir. Tərkibindəki lif sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır.

O, həmçinin bağırsaq florasını qoruyur və həzmi asanlaşdırır. Hüceyrə regenerasiyasına töhfə verən limon qabığı tərkibindəki antioksidant tərkibi ilə hüceyrə divarını gücləndirir. Mütəxəssislər limon qabığının bu xüsusiyyəti sayəsində xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını aldığını bildirir.

Tərkibindəki limon qabığı ilə qulaq infeksiyalarına qarşı müalicəvi təsir göstərir. Limon qabığından əldə edilən yağ qulağa damladıqda qulaq ağrısını və iltihabı azaltmağa kömək edir. Bundan əlavə limon qabığı çayı da bədəndəki iltihabı aradan qaldırmağa kömək edir. Orqanizm üçün çox faydalı olan flavonoidlər olan naingin və hesperidin kimi komponentlər limon qabığında boldur.

Bəs limon qabığı çayı necə hazırlanır?

C vitamini və antioksidant mənbəyi olan limon qabığını atmaq yerinə çay dəmləyərək istehlak edə bilərsiniz. Stressi azaltmağa kömək edən limon qabığı çayı həzmi yaxşılaşdırır və arıqlamağa kömək edir. Limon qabığı çayı hazırlamaq üçün stəkana bir xörək qaşığı xırda doğranmış limon qabığı qoyun. Üzərinə qaynar su tökün, stəkanın üstünü 10 dəqiqə bağlayın və dəmlənməsinə icazə verin. Dəmləndikdən sonra qabıqları süzüb, bal əlavə edib yaxşıca qarışdırıb içmək olar.

Qeyd edək ki, qan təzyiqi olanlar limon istifadəsində xüsusuilə diqqətli olsunlar. Çünki, ifrat dərəcədə istifadəsi təzyiqin aşağı düşməsinə və ölüm risqinə gətirib çıxara bilər.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026