• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ombudsman BMT-nin nümayəndəsi ilə görüşdü

SİYASƏT

12 Noyabr 2021 | 18:01

Ombudsman BMT-nin nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov da iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, təsisatın BMT qurumları ilə əməkdaşlığının əhəmiyyətinə toxunub. O, çıxışı zamanı Ombudsman Aparatının fəaliyyətindəki yeniliklər barədə məlumat verib. 

Görüş zamanı “BMT-nin İnsan Hüquqları mexanizmləri”, “BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi” mövzularında təlimlərin təşkili, paytaxtda və bölgələrdə əhaliyə pulsuz hüquqi yardım layihəsinin həyata keçirilməsi, əhali arasında hüquqi maarifləndirmənin genişləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Bununla yanaşı, Ombudsman Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər nəticəsində beynəlxalq hüququn kobudcasına pozulması faktlarından söz açaraq, təsisatın bu mövzuda təqdim etdiyi hesabat, bəyanat və müraciətlər barədə məlumat verib. Qeyd olunub ki, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi və Ermənistan tərəfinin səbəb olduğu digər bir çox təxribatların qarşısının alınması üçün beynəlxalq təşkilatların ədalətli mövqe və çağırışları böyük önəm daşıyır.

V.Şkolnikov öz növbəsində qəbula görə təşəkkürünü bildirib və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində təmsil etdiyi qurumla Ombudsman təsisatı arasında əlaqələrin uğurla davam etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər iki qurum arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
 


Ombudsman BMT-nin nümayəndəsi ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026