• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ

SİYASƏT

12 Dekabr 2021 | 12:00

Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

"Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir", - nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026